- Köhnə - Cəmiyyət
- 6 Avqust 2018 11:47
- 8 067
Ramil Usubovdan yeni təyinat
Xızı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni təyinat olub.
AzNews.az Avtosfer.az-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə sözügedən vəzifəyə polis kapitanı Əsədov Fizuli Paşa oğlu təyin olunub.
Qeyd edək ki, F. Əsədov indiyə kimi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında tağım komandiri vəzifəsində çalışıb.