Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verib.

"Zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur" - XİN-dən İndoneziyaya başsağlığı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verib.

Başsağlığı Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.

Başsağlığında deyilir: "Lombok adasında baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq".

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

AzNews.az