- Köhnə - Cəmiyyət
- 8 Avqust 2018 18:46
- 5 910
Peykimiz Fransa Qvianasında - Fotolar
Azərbaycanın “Azerspace-2/Intelsat 38” geostasionar peyki Fransa Qvianasındakı kosmodroma (Qviana Kosmik Mərkəzi) çatdırılıb.
AzNews.az xəbər verir ki, bu barədə “Arianespace” şirkətinin rəhbəri Stefan İsrael öz “Twitter” səhifəsində yazıb.
“Azerspace-2/Intelsat 38” peyki sentyabr ayının 5-də “Ariane 5 ECA” raket-daşıyıcısı ilə buraxılacaq.
Həmin raket-daşıyıcı Azərbaycanın peyki ilə yanaşı “Horizons 3e” peykini də aparacaq.
“Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.