Araz Ağalarov: “Ən xuliqan qruplaşmalarla dostluq edirdim” - Müsahibə - TAM MƏTN

“BİZİM ÜÇÜN LAYİHƏLƏRİMİZ SİYASƏTDƏN DAHA MARAQLIDIR”


"Forbes" jurnalının əlavəsi olan "Forbes Life" Rusiyada yaşayan azərbaycanlı milyarder, "Crocus Group"un prezidenti Araz Ağalarov və oğlu, həmin şirkətlər qrupunun vitse-prezidenti Emin Ağalarovla müsahibə dərc edib. Həmin müsahibəni tam şəkildə təqdim edirik:


Araz Ağalarov:
- Atam mənə heç vaxt irad bildirməyib. 6 yaşımda olarkən rayonun ən xuliqan qruplaşması ilə dostluq edirdim. Təbii ki onların çoxu yaşda məndən böyük idi. Atam intellektual insanlarla ünsiyyət qururdu və bir dəfə Bakı Bulvarında belə bir hadisə baş verdi. Bir tərəfdə biz damağımızda siqaret xuliqan dəstəsi, digər tərəfdə isə atam öz dostları ilə gedirdi. Onların hamısı eleqant geyimdə, ya da şlyapada idilər. Atam məni gördü, başdan-ayağadək süzdü və düz keçib getdi. Qorxu içində evə qaçdım. Həyəcanla hər an məni danlayacaqlarını gözləyirdim. Bu hadisəyə qədər mənə evdə irad tutmamışdılar. Atam evə qayıtdı. Ancaq mənə heç nə demədi. Mən narahatlıq və şübhə içində idim. Fikirləşirdim ki, bəlkə heç məni görməyib? Əgər görübsə niyə susur? Axşama qədər gözlədim və soruşdum ki, ata, sən bu gün məni görmüsən? O dedi ki, əlbəttə, görmüşəm, oğlum. Ancaq sən elə uşaqlarla idin ki... Bir az sonra dedi "qorxdum ki, əgər səninlə salamlaşsam məni döyə bilərlər". Utandığımdan bütün gecəni yatmadım və həmin günü ömrüm boyu yadımda saxladım. Özüm üçün nəticə çıxardım ki, uşağa tez-tez irad tutanda ona heç nə təsir etmir. Çalışdım ki, belə hadisə övladlarımın başına gəlməsin. Əgər görsəm ki Emin axşam dostları ilə siqaret çəkə-çəkə harasa gedir, onu saxlamamışam. Səhər isə demişəm, bəlkə mənə də siqaret verərdin? Düzünü desəm bu üsul köməyimə çatmadı və o, 22 yaşına qədər siqaret çəkdi və daha sonra özü imtina etdi. İnanın ki, güvən deyilən bir şey var və o, gec-tez təsirini göstərir. (Bu arada Emin otağa daxil olur. "İşlər necədir – Normal")

13 yaşında Emin İsveçrəyə getdi. Bu mənim verdiyim ən çətin qərarlardan biri idi. Ancaq nə etmək olardı, o, 6 il dostluq etdiyim şirkətlə ünsiyyət qurmuşdu.

Emin Ağalarov:
- Məni bu zövqdən məhrum etdilər (gülür). Siz fikirləşmədiniz ki, 13 yaşlı oğlan anası üçün darıxa bilər?

Araz Ağalarov:
- Bu yaşda mən onun psixoloji dözümünə əmin idim. Çünki Emin Moskva küçələrində böyümüşdü. Məktəb onun belə sərbəst böyüməsində az rol oynamayıb.

Emin Ağalarov:
- Bu nə həyəcanlı tondur! Əslində heç də hər şey belə dəhşətli deyildi. İlk 3 həftədə mən ümumiyyətlə evə zəng etmədim. Məktəbimi atam seçmişdi. Məktəb çox ciddi idi və valideynlərim ora zəng edə bilmirdilər. Yeniyetmələr üçün sanki konslager idi. Mən 15 yaşına kimi orada oxudum. 15-21 yaşında isə Amerikada təhsil aldım.

Araz Ağalarov:
- Bu çox uzun sürdü. Emin 13 yaşına kimi başqa-başqa həyat tərzinin nə olduğunu və hara qayıdacağını bilirdi. Ancaq qızım 6 yaşından xaricdə olub, biz onu nə qədər çağırsaq da gəlmək istəmir.


- Siz pula münasibəti necə formalaşdırmısınız?


Araz Ağalarov:
- Xüsusi bir tərbiyə verməmişəm. Elə alınıb ki, Emin özü 13 yaşında müstəqil həyata atılıb. Mən həmin yaşda atamı itirmişdim. Emin bütün bunları, mənim həyatımı bilirdi. Özü tamamilə puldan imtina etmişdi. Mən başa düşürdüm ki, bu çox çətindir, ancaq ürəyimdə onun mövqeyini dəstəkləyirdim

Emin Ağalarov
- Ələbaxan olmaq istəməmişəm.

- Atanıza oxşamaq istəmisiziniz?


- Əlbəttə. Ona oxşamaq, onun kimi geyinmək istəmişəm. Ancaq başqalarından fərqli olaraq mənim bəxtim gətirmişdi. Axı bütün uşaqlar atalarını sevirlər, ancaq böyüyəndə başa düşürlər ki, onların atası təsəvvür etdikləri kimi ağıllı, ideal, güclü deyil. Ancaq məndə tamam əksi baş verir. Hərdən düşünürəm ki, Araz İsgəndəroviçdən daha çox bilirəm (gülür). Ancaq o, məni hətta 33 yaşımda da təəccübləndirməyi bacarır. Bu insan gələcəyi görür.

Araz Ağalarov:
- Mən öz imicimi qorumaq üçün daha öz üzərimdə işləyirəm (gülür).


- Emin, siz bizneslə atanızın işgüzarlığını nümayiş etdirmək üçün məşğul olurdunuz?


Emin Ağalarov:
- Yox, hər şey bir az başqa cürdür. Sadəcə mən pul qazanmaq istəyirdim. Mən bunu çox istəyirdim. İstəyirdim ki, özüm maşın alam, pul xərcləyəm, valideynlərimdən pul istəməyim. Mən həmişə super marketə işə düzəlməkdən biznes qurmağa qədər yollar axtarmışam. Amerikada komandir saatları və matryoşaların satışı ilə məşğul olan sayt yaratmışdım. Heç vaxt atamın biznesinə qatılmaq istəməmişəm. Ancaq bu işə baş qoşanda anladım ki, burada daha çox pul qazanmaq olar, nəinki Amerikada motryoşa biznesindən.

Araz Ağalarov:
- Heç vaxt düşünməmişəm ki, Emin mənim biznes tərəfdaşım olar. Mən pis ssenarilər yaradırdım, vəziyyəti dramatikləşdirirdim ki, yaxşı bir şey baş verəndə sevinim. Eminə biznesdə iştirak hüququnu bildirməyə ehtiyac yox idi. İstəyirdim ki, Emin Rusiyaya qayıdanda mənə butik biznesində yardım etsin. Ancaq o, bu təklifi heç bir iradsız qəbul etdi.


- Onu "Crocus Group"da işləmək üçün razı sala bildinizmi?


Emin Ağalarov:
- O dilə tutmadı, təkid etdi.

Araz Ağalarov:
- Başlanğıcda hər şey sadə idi. Mən "Crocus Expo, "Öz evində" kimi böyük miqyaslı obyektlərə diqqət yönəltmişdim. 6-8 mağaza rəhbərlərinə nəzarət etməyə vaxtım yox idi, hansı ki, onlar işlərini yaxşı yerinə yetirə bilmirdilər. Qərar zamanı idi, ya onlardan azad olmalı, ya da bu işi bacaran birinə təhvil verməli idim.

Emin Ağalarov:
- Araz İsgəndəroviç məni heç vaxt heç nəyə məcbur etməyib. "Gəl, danış, müzakirə edərik. Baxaq görək nə nədir". Axşam görüşdük, danışdıq və ayrıldıq. Səhər...

Araz Ağalarov:
- Axşam başa düşdüm ki, Emin sınaqdan keçirilməyə hazırdır. Buna görə də səhər mağaza rəhbərləri ilə iclas etdim və onlara dedim: "Tanış olun, bu, sizin yeni rəhbərinizdir". Onlar da, Emin də fakt qarşısında qaldılar.


- O zaman Eminin neçə yaşı vardı?


Emin Ağalarov:
- 21. Məlum idi ki, bütün mağaza rəhbərləri yaşda məndən böyük idilər. Elə indi də işçilərim məndən yaşda böyükdürlər. Ancaq mən burda heç bir problem görmürəm. Onlarla yüksək tonda danışmıram, nəyəsə etiraz edə bilərlər və bunu edirlər. Xüsusən də böyüklər.

Araz Ağalarov:
- Bizdə böyüyə hörmət qandan gəlir. Mən hələ indi də 50 yaşlı birini görəndə on yer vermək istəyirəm.


- Yeni rəhbərə nəzarət prosesi necə gedirdi?


Emin Ağalarov:
- Atam heç vaxt işlərimə nəzarət etməyib. Mən mütəmadi olaraq ona iş barədə məlumat verirdim, ancaq nəzarət olmayıb. İndi də yoxdur. Hərdən mənə elə gəlir ki, onun üçün fərqi yoxdur. Mən qərar qəbulunda sərbəstəm. Əvvəllər düşünürdüm ki, ailə biznesinə daxil olsam səhərdən-axşama kimi atamla məsləhətləşməliyəm. Ancaq belə olmadı və mən ilk dövrdən şirkətdə rahat işlədim.


- İşə müdaxilə etməməkdə məqsəd nə idi? Bəs valideyn instikti, zəmanət arzusu?


- Araz Ağalarov:
- Valideyn instikti ancaq övlad xəstə olanda işə düşür. Biznesdə sığortalanmaq? Onda bu, biznes deyil ki... Xüsusilə də Emin öz işini məndən yaxşı bilir. O işlərini qərb düşüncəsi ilə yürüdür. Əgər "Veqas"ı mən yaratsaydım, belə ticarət mərkəzi olmayacaqdı. Çünki mən köhnə formatda düşünürəm. Fikirlərimə dostlarım və qohumlarım təsir edə bilər, ancaq Emin müstəqildir. Düşünürəm ki, ona səhv etməyə icazə vermək olar.


- Hətta bu siz baha başa gəlsə də?


Emin Ağalarov:
- Hətta onda da. Məsələn, Araz İsgəndəroviç bizim bütün ticarət mərkəzlərinin pəncərələrində tünd rəngli şüşələrdən istifadəni üstün tutur. Səbəb isə binaların yayda çox qızmamasıdır. Ancaq "Veqas"da bütün şüşələri şəffaf etmək qərarına gəldik. Çünki Moskva boz şəhərdir, günəş azdır. Buna görə də obyektlərimiz işıqlı olmalıdır. Atam razılaşdı və dedi ki, necə istəyirsən elə et.

Araz Ağalarov:
- Mən dəqiqi bilirdim ki, nədəsə səhv edirik.

Emin Ağalarov:
- Ən son nəticədə şüşələr rəngləndi və amma biz 2 il bundan əziyyət çəkdik. Bu mənim ən böyük səhvim idi. Bunu bilirdim və kompensasiya etdim. Şübhəniz olmasın, xərcləri 10 dəfə artıq ödədim.

- Araz Ağalarov:
- Hətta daha artıq.


- Hər şey necə də gözəldir, siz heç vaxt mübahisə etmirsiz?


Araz Ağalarov:
- Bütün günü mübahisə edirik. Xarakterimiz eynidir, müsbətin müsbətə. Bu da kiçik qısaqapanmalar yaradır. Buna görə də çalışırıq ki, mübahisə etməyək. Ortaq rəyimiz ola bilməz, ortaq məqsədimiz var, ancaq ona gedən yollarımız fərqlidir. Obyektlərimiz ayrıdır, ofislərimiz də ayrı-ayrı binalardadır. Tamamilə başqa əməkdaşlarımız, mühasibatlığımız var. Hətta işdə bir-birimizi görmürük, ancaq evdə rastlaşırıq. Evdə bəzən iş haqqında danışa bilərik.

Enim Ağalarov:
- Mən həmişə bilirəm ki, Araz İsgəndəroviçin "ərazisindəyəm". Düzdür o, burda mənə şərait yaratdı, ancaq bu şirkət onundur. Burda mən ancaq rəhbərlərdən biriyəm. Buna görə də onun çox vaxtını almaq istəmirəm.


- Oğlunuz oxumaq istəyəndə ona biznesi buraxmamaq şətrini qoymadınız?


Araz Ağalarov:

- Bizim ailədə şərt qoymaq anlayışı yoxdur. Çünki ona heç kəs əməl etməyəcək.

Emil Ağalarov:
- Atam musiqini çox sevir. Mən balaca olanda atamla müğənniyə qulaq asıb, hansıda mahnıdan zövq alardıq. Əgər mən rəssam olmaq istəsəydim, qərar fərqli ola bilərdi (gülür). Bundan başqa musiqi özü də mənim üçün biznes layihəsidir. Dəli deyiləm ki, pulsuz oxuyam? Mənim vaxtım puldur. Əgər səhnəyə çıxıramsa və pul qazanmıramsa, deməli, vaxtımı boşa sərf edirəm. Öz mahnının zövqü qısa sürür. Valideynlər və iki dostunun xoşuna gülən mahnı yazmaq çox asandır, ancaq insanların sənin konsertinə bilet alması, ticarət mərkəzi qurmaq, onu icarədar və alıcılarla doldurmaq üçün eyni qaydalara əməl etmək lazımdır. Axsam saat 6-da musiqi ilə məşğul olmaq üçün bir ofisdən digərinə gedəndə texniki, təşkilatı, maliyyə işləri ilə bağlı qərar qəbul edirəm.


- Əgər musiqi sizi bezdirsə necə?


- "Veqas" layihəsi mənim musiqi fəaliyyətim qədər maraqlıdır. Həm o, həm də o biri ilə hər gün məşğul oluram. Birindən tutub digərini buraxmaq fikrim yoxdur. Musiqi və biznes arasındakı balansı isə 15 ildir ki, qoruyuram. Bəlkə də daha çox.

Araz Ağalarov:
- Biznes və yaradıcılığı əks mövqedə tutmaq mümkün deyil. Həm musiqi, həm də ticarətdə biznesmen olmaq mümkündür və lazımdır. Hər şeyi əvvəlcədən düşünmək lazım idi. Beynində qəsr yaratmaq – bu, yaradıcılıq işidir. Ancaq onun dəyərli olmasını təmin etmək çətin işdir. Ümumiyyətlə, iş məmnunluq gətirməz, əgər gətirsə, deməli, bu artıq məmnunluqdur. Ancaq iş "etmək istəmirəm" dediyini etmək bacarığıdır. İstənilən sahədə. Mən şadam ki, Emin bunu bilir.


- Biznesdə dinastiyasından siyasi dinastiyalar üzə çıxır. Siz hadisələrin belə inkişafı üçün imkan yaratmısız?


- Araz Ağalarov:
- Yox. Bizim üçün layihələrimiz siyasətdən daha maraqlıdır.

Emin Ağalarov:
- Və bu sənin azadlığını məhdudlaşdırır.

- Siz qərb sistemində mövcud olan varisləri doğru yetişdirmək üçün onları vərəsəlikdən məhrum etməyə necə baxırsız?

Araz Ağalarov:
- Bu mənim üçün qəbuledilməzdir. Bir tərəfdən çətin işdir, övladının düzgün tərbiyə edəsən ki, sənin hər şeyin ola-ola heç nəyi yoxdur. Digər tərəfdən də niyə belə edəsən? Kiminsə üçün maddiyat ev, kiminsə üçün bir şüşə araq və ya bir qutu siqaretdir. Kiminsə üçün bu, maşın, benzinə pul və acından ölməməkdir. Ancaq bilirik axı, bu başqa cür də ola bilər. Məsələn, "Krokus"un sahibi ola-ola daha böyük nələrsə iddialı olasan. Uşaqlara göstərmək lazımdır ki, sən bunu etmisən, onlar isə daha artığına nail ola bilərlər.


- Belə çıxır ki, Emin nə zamansa şirkətə rəhbərlik edəcək?


Araz Ağalarov:
- Ondan başqa kim ola bilər ki?

Ruscadan çevirdilər:
Elnarə Əlosmanqızı,
Aynur Hüseynova
AzNews.az


image description image description image description