- Köhnə - Cəmiyyət
- 10 Avqust 2018 14:39
- 9 725
Bakı aeroportunda kompüterlər dondu - Sərnişinlər sərhəddən keçə bilmədi - Foto
Təxminən, 40 dəqiqədir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.
AzNews.az xəbər verir ki, sərnişlərin “Report”a verdiyi məlumata görə, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.
Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır.
AzNews.az