- Köhnə - Cəmiyyət
- 11 Avqust 2018 21:27
- 6 912
Rusiyadan mükafatla qayıtdılar - Foto
“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində keçirilən yaradıcılıq müsabiqələrində fəal iştiraka görə Müdafiə Nazirliyinin nümayəndələri mükafatlandırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Mustafazadə Xəyyam Xəqani oğlu və Vəliyev Anar Yaqub oğlu Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən “Təşəkkürnamə” və “Fərman” ilə mükafatlandırılıb.
Nazirliyin Əlahiddə Nümunəvi Orkestrinin solisti Xəyyam Mustafazadə iştirakçı komandalar arasında rus dilində vokal əsərinin ən yaxşı ifaçısı adını qazanaraq müsabiqədə birinci yerə layiq görülüb.
AzNews.az