Növbəti tədris ilinin başlanmasına az vaxt qalıb. Artıq valideynlər məktəb ləvazimatlarının əldə edilməsinə start verməyə başlayıblar. Növbəti tədris ilinin başlanmasına az vaxt qalıb. Artıq valideynlər məktəb ləvazimatlarının əldə edilməsinə start verməyə başlayıblar.

Cocuq Mərcanlıda müəllim olmaq istəyənlər üçün xəbər var

Növbəti tədris ilinin başlanmasına az vaxt qalıb. Artıq valideynlər məktəb ləvazimatlarının əldə edilməsinə start verməyə başlayıblar.

Bəs Cəbrayılın Cocuq-Mərcanlı kəndinin məktəbində son hazırlıqlar nədən ibarətdir?

Cocuq-Mərcanlı məktəbinin direktoru Zamin Hacıyev Modern.az-a açıqlamasında dərs ilinin başlanmasını səbirsizliklə gözlədiklərini deyib.

“Məzunlarımız olmadığına görə, bu il ali məktəbə sənəd verən şagirdimiz də olmadı. İnşallah ki növbəti dərs ilində məzunlarımız olacaq. Onu da deyim ki, ikinci köçlə əlaqədar olaraq şagirdlərimizin sayı artıb. Köç prosesi hələ bitməyib. Boş evlər var. Köç olduqca şagirdlərimizin də sayı artır. Hazırda 100-ə yaxın şagirdimiz var. Yeni müıəllimlərin olmasına gəlincə, kimya, biologiya müəllimi olmaq üçün vakansiya var. Hazırda vakansiya üzrə müsahibə mərhələsi gedir. Ona görə hələ ki, gözləyirik”.

Məktəb direktoru bildirib ki, şagirdlərə yeni məktəbli formaları veriləcək.

“Ötən tədris ilində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi şagirdlərimizi məktəbli forması ilə təmin etmişdi. Artıq bu il də şagirdlərimizin siyahısını bizdən istəyiblər. Şagirdlərimiz məktəbli forması ilə yenə də təmin olunacaq”.

Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov isə növbəti köçürülmə prosesindən söz açıb.

“Sakinlərin Cocuq-Mərcanlıya köçürülməsi prosesi hələlik dayanıb. Güman ki, sentyabrın sonu, oktyabrın əvvəllərinə növbəti köç olsun. Növbəti köç olarsa, 50 ailənin köçürülməsi gözlənilir”.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Xatırladaq ki, birinci mərhələdə kənddə 10 hektarərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayır.

AzNews.az