İlhamə Quliyeva Cəlilabaddakı qətldən danışdı- VİDEO

"50 il bundan qabaq da insanlar yaşayırdı, görün heç bir-birinə belə içgəncə verirdilər?"



Azərbaycanın və Dağıstanın xalq artisti, Dünya sülh səfiri, Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət Akademiyasının prezidenti İlhamə Quliyeva "Baş xəbər"in qonağı olub. Verilişdə söhbət əsasən Cəlilabad rayonundan baş vermiş dəhşətli qətl ilə bağlı olub. Ana və iki körpənin qohum tərəfindən qətlə yetirilməsini vəhşilik adlandıran İ.Quliyeva qatilə ən ağır cəzanın verilməsinin tərəfdarı olduğunu bildirib.

"Çox dəhşətli bir vəziyyətə düşdüm. Bu mövzuda danışmaq mənə çox çətindir. Vəhşilikdir, insana xas olmayan bir vəhşilikdir. Bu nə deməkdir ki, körpə uşaqları vəhşicəsinə öldürmək, bu nə deməkdir ki, günahsız insanı qətlə yetirmək?! Nə dərəcədə düzgündür bu? Ona kim izn verir? Allah izn vermir. 50 il bundan qabaq da insanlar yaşayırdı, görün heç bir-birinə belə içgəncə verirdilər? Amma indi ağ günə çıxdıqca, yaxşı həyat gördükcə, firavanlıq gördükcə, elə bil bəzi insanlar vəhşiləşir. Nəyə görə zərif məxluqu, gələcəyimiz olan körpə balaları qətlə yetirirlər? İnanın, bu dəqiqə mənim ürəyim çırpınır, elə bil ürəyim yerindən çıxır. Bu bağışlanılmaz bir şeydir. Allah özü belə vicdansızlara insaf versin", - deyə İ.Quliyeva bildirib.

AzNews.az