“Aydana haqq qazandıranlar sevgilisinin də elə şəklini çəkib paylaşsınlar“

Xəbər verdiyimiz kimi, məşhur azərbaycanlı rəssam Tahir Salahovun qızı Aydan Salahovanın açıq-saçıq şəkilləri yayımlanıb.

Rəssamın bu addımı son günlər ən çox müzakirə olunan məsələdir. Maraqlıdır ki, rəssamı qınayanlarla yanaşı, haqq qazandıranlar da az deyil. Aydan Salahovaya haqq qazandıranlara Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, Türk Xalqları Mədəniyyət Vəqfi başqanının yardımçısı Azər Həsrətdən sərt reaksiya gəlib. O şəxsi "facebook" səhifəsində bu haqda status yazıb və bildirib ki, ona haqq qazandıranlar öz sevgililərinin də fotosunu paylaşsın:

"Aydan Salahovanın məlum şəkli ətrafında söhbətlər gedir, yazılar yazılır. Yazanlar, bu xanımın mövqeyini müdafiə edənlər iddiada bulunur ki, belə bir hərəkət təqdirəlayiqdir. Və hətta bu hərəkəti bəyənməyənləri geridə qalmış, düşüncəsi dar və mədəniyyəti anlamayanlar (onların arasında mən də varam) adlandırırlar.

Elə isə yaxın qadınlarınızdan birinin (məsələn, sevgilinizin) şəklini də gözəl olduğu üçün o cür çəkib yayımlayın, səmimiyyətinizə inanım. Tam səmimi deyirəm, əgər belə bir işi edəcək bir babayigit varsa, sevinərəm. Və qəbul edərəm ki, mən həqiqətən geridə qalmışam, mədəniyyətim də yoxdur.

AzNews.az