“Nazpəri ilə İlhamə arasındakı problemlərin mənə aidiyyəti yoxdur” “Nazpəri ilə İlhamə arasındakı problemlərin mənə aidiyyəti yoxdur”

“Mən pulumu istəyirəm”- EKSKLÜZİV

“Nazpəri ilə İlhamə arasındakı problemlərin mənə aidiyyəti yoxdur”



Xalq artisti İlhamə Quliyeva ilə Rusiyada yaşayan iş adamı Mirəşrəf Fətiyev arasında qalmaqal böyüyür. M.Fətiyev İlhamə Quliyevanı ona olan 35 min dollar borcunu geri verməməkdə ittiham etsə də, İ.Quliyeva M.Fətiyevə borcu olmadığını bildirib. AzNews.az-a açıqlamasında "Mən Mirəşrəf Fətiyevi uzun illərdir ki, tanıyıram. Bu söhbətin haradan və nədən qaynaqlandığını gözəl bilirəm. Mənim kimliyim hamıya bəllidir. Bu şər-böhtanın nöqtəsini qoymağı bacaracağam. Qəti deyirəm ki, elə bir şey həyatımda yaşanmayıb. Onu da bilirəm ki, Mirəşrəf Fətiyevin heç bu yazıdan xəbəri də yoxdur" deyə vurğulayıb.

M. Fətiyev isə AzNews.az-a açıqlamasında İlhamə Quliyevaya əvvəllər də kömək etdiyini, ancaq borc kimi verdiyi 35 min dolları geri istədiyini bildirib: "O pulu evini təmir etdirmək üçün almışdı. Anası rəhmətə gedəndə ona kömək etmişəm, ancaq bu borcdur. Borc qaytarılmalıdır. Mənə dedi ki, evimi satışa qoymuşam, satıb ödəyəcəyəm. Ancaq nə qədər keçib hələ də bir xəbər yoxdur. Ona görə də mən pulumu məhkəmə yolu ilə almağı düşünürəm".

M. Fətiyev qeyd edib ki, ona daha pis təsir edən İlhamə Quliyevanın münasibəti olub: "Əgər telefonu götürüb heç olmasa üzrxahlıq etsəydi, onu başa düşərdim. Desəydi ki, min dollarını qaytarıram, 34 minə gücüm çatmır, o pulu heç istəməzdim. Amma nə telefonlara cavab verir, nə mənimlə danışmaq istəyir. Hətta İsveçdə yaşayan dostumuz Cavad Derəxti də ona zəng edib, mənim adımı eşidəndə danışmaq istəməyib Məni ən çox narahat edən məhz bu münasibətdir. Qoy İlhamə xanım mənə zəng etsin, soruşsun ki bu nə xəbərdir?".

Qeyd edək ki, İ.Quliyeva özü ilə bağlı yayılan xəbərin başqa yerdən qaynaqlandığının bildirib ki, bu da ağıllara son günlər müğənni ilə bağlı qalmaqallarda adı çəkilən Nazpəri Dostəliyevanı gətirir. M.Fətiyev bu məsələyə də aydınlıq gətirib: "Onların aralarında nə problem var, bunun mənə heç bir aidiyyəti yoxdur. Mən pulumu istəyirəm".

Elnarə Əlosmanqızı
AzNews.az