- Köhnə - Cəmiyyət
- 25 Avqust 2018 12:49
- 6 452
Bakıda xadimə evdən 1000 manat oğurlayıb
Bakıda evdən pul oğurlayan xadimə tutulub.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evlərin birindəki seyfdən 1000 manat pul oğurlamaqda şübhəli bilinən, həmin mənzildə xadimə işləyən Bakı şəhər sakini Könül Tağıyeva saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.