- Köhnə - Cəmiyyət
- 29 Avqust 2018 09:39
- 3 654
Bakıda yeni yol nişanı - Süpürgəçilərə görə

Paytaxt Bakıda son zamanlar yol süpürən qadınların avtomobillər tərəfindən vurulması yeni yol nişanlarının yaranmasına səbəb olub.
AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından Heydər Əliyev prospektinin təmizlik aparılan hissələrinə bu nişanlar qoyulub.
Yeni nişanlarda küçə süpürən şəxsin fotosu verilib və altından “Diqqət!” yazılıb. Həmçinin, bu yol nişanı təkərlər üzərində yerləşdirilib. Onu istənilən yerə aparmaq mümkündür.
AzNews.az
