- Köhnə - Cəmiyyət
- 30 Avqust 2018 12:01
- 24 675
“Bakıda bütün qanunsuz tikililər, hasarlar söküləcək” - BŞİH-in şöbə müdiri
"Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək".
AzNews.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli İsmayılov deyib.
Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib. O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.
Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: "Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək".
AzNews.az