- Köhnə - Cəmiyyət
- 30 Avqust 2018 15:56
- 7 562
Ceyhun Bayramov baş mühasibə yüksək vəzifə verdi
Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin edilib.
AzNews.az "Report"a istinadən məlumat verir ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Vüqar Yusif oğlu Muradov 7 saylı Ərazi Hesablaşma Mərkəzinə yeni rəis təyin olunub.
Qeyd edək ki, Təhsil Nazirliyinin 7 saylı Ərazi Hesablaşma Mərkəzi Şəmkir rayonunda yerləşir.
Xatırladaq ki, V.Muradov 2005-ci ildən 2018-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında sektor müdiri, baş mühasib vəzifəsində çalışıb.
AzNews.az