- Köhnə - Cəmiyyət
- 30 Avqust 2018 18:14
- 7 942
Uşaqların araq içdiyini əks etdirən qalmaqallı videoya - Rəsmi reaksiya
Sosial şəbəkədə 7-11 yaş arasında olan bir qrup uşağın sprirtli icki qəbul etməsi ilə bağlı videogörüntü yayılıb.
AzNews.az xəbər verir ki, video görüntüdə uşaqlar gələcək arzularını dilə gətirir, dostlarının şərəfinə badə qaldırırlar...
Kiçik yaşlı uşaqların spirtli içki qəbul etməsini əks etdirən bu video böyük narazılıq yaradıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, sözügedən videogörüntü hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır:
“Videodan görünür ki, uşaqlar tamaşa hazırlayıblar. Əllərindəki də içki deyil. Lakin onların kimliyini tapmaq hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir”.
Bahar RÜSTƏMLİ
AzNews.az