Cavan qalmaq istəyənlərə təklif var - Həkim danışır

“Qocalmamaq üçün bizlər çox vaxt müxtəlif dərmanlara və bioloji aktiv maddələrə külli miqdarda pul xərcləyirik. Bunu bizim sağlamlığımıza necə təsir etdiyini də bilmirik”.

Bu sözləri AzNews.az saytına FAQMA tibb mərkəzinin həkimi endokrinoloq Xuraman Rəcəbova deyib. O, “qocalıq markerləri”nin səbəbləri, müalicəsindən danışıb:

“Bütün dünyada “qocalıq markerləri” deyilən bir anlayış var. Biz gələcək haqqında düşünürük. Gördüyümüz işlərin çoxu gələcəyə hesablanır. Oxuduqlarımız və öyrəndiklərimizin hamısı bizim gələcəkdə uğur qazanmağımız üçündür. 20-30 il sonra görəcəyimiz işləri planlaşdırırıq, sadəcə işləri. Sağlamlığımızı düşünmürük. Anlamırıq ki, bu cür ağır iş qrafiki, dincəlmədən işləmək insanın fiziki imkanlarını zəiflədir və vaxtından əvvəl qocalmağa səbəb olur. Bu məsələnin həlli cəmiyyətin “qocalma ilə mübarizədə” hansı yolu tutmasından asılıdır. İnsanlar yaşlandıqca sanki xəstəlikləri gözləyir və bu onlarda qaçılmazlıq sindiromu yaradır. Beləliklə onlar bu vəziyyətlə barışırlar. Dünyada digər canlılar üzərində yaşama müddətini uzatmaq üçün işlər aparılır. Onun göstəriciləri (markerləri) öyrənilir. İnsanlarda isə “qocalma makerləri” deyilən standartlar var. Bu markerlər də qocalmanın səbəbini araşdıran mərkəzlər tərəfindən tövsiyə olunur. Qocalmamaq üçün bizlər çox vaxt müxtəlif dərmanlara və bioloji aktiv maddələrə külli miqdarda pul xərcləyirik. Bunu bizim sağlamlığımıza necə təsir etdiyini də bilmirik. Halbuki o həblərə, sonra ağır fəsadlar yaradan bioloji aktiv maddələrə xərclənən pulları müayinəyə sərf edib, qocalmanın əsas səbəbini bilərək ordan yol almaq, düzgün müayinə və müalicə prosesini həyata keçirmək daha doğru seçim olar. Bu məqsədlə bizə müraciət edən pasientlərə biz ABŞ araşdırma mərkəzinin (BUCK) təklif etdiyi Anti Age Paneli təqdim edirik".

Səidə
AzNews.az