Bakıda beynəlxalq konfrans keçiriləcək

Aprelin 16-18-də Bakıda Azərbaycan Hesablama Palatasının ev sahibliyi ilə Ali Audit Qurumlarının Avropa Təşkilatı (EUROSAI) və Ali Audit Qurumlarının Ərəb Ölkələri Təşkilatının (ARABOSAI) IV birgə Beynəlxalq Konfransı keçiriləcək.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, konfransın işində Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) və onun digər regional işçi qrupları (ASOSAI, OLACEFS, AFROSAI, PASAI, CAROSAI, IDI (INTOSAI-ın İnkişaf Təşəbbüsü), EUROSAI və ARABOSAI təşkilatlarının və həmin təşkilatlara üzv dövlətlərin ali audit qurumlarının rəhbərləri də daxil olmaqla 50-dən çox ölkəni yüksək səviyyədə təmsil edəcək 110-dan çox mötəbər şəxslərin iştirakı gözlənilir.

AzNews.az