Paytaxt yollarında rənglənmə işləri aparılacaq - İstiqamətlər açıqlanıb

AzNews.az xəbər verir ki, Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

AAYDA və BNA-nın birgə məlumatında qeyd olunub ki, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzNews.az