İllərdir uşaqlarla işləyirəm, ona görə müqayisə imkanlarım var və qətiyyətlə deyirəm ki, bütün mənalarda indiki uşaqlar fərqlidirlər. İllərdir uşaqlarla işləyirəm, ona görə müqayisə imkanlarım var və qətiyyətlə deyirəm ki, bütün mənalarda indiki uşaqlar fərqlidirlər.

Uşaqları telefon asılılığından necə qurtarmalı? - Pediatr danışdı

İllərdir uşaqlarla işləyirəm, ona görə müqayisə imkanlarım var və qətiyyətlə deyirəm ki, bütün mənalarda indiki uşaqlar fərqlidirlər.

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib.

O qeyd edib ki, müasir texnoloji vasitələrdən xilas etmək üçün uşaqlara onları maraqlandıran şeirlər, nağıllar oxunmalı, fərqli dizilər göstərilməli, tamaşalar qoyulmalıdır: “Gənc ana 20 il əvvəl "Xoruz", "Keçi" şeirini əzbərləmişdi, "Tıq-tıq xanım" nağılını oxumuşdu. İndi öz övladına bu şeirləri və nağılları oxumağa məcburdur, çünki başqası yoxdur.

Amma indiki uşaq üçün bu, oxunanlar maraqsızdır. Fikrini, diqqətini cəlb eləmir. Əyani vasitələr olmasa uşaq telefon-planşetdən yapışacaq. Cəlbedici uşaq tamaşaları olmasa telefonun yanına qayıdacaq. Çünki məşğul olmaq, oynamaq üçün başqa heç nə yoxdur. İndiki uşaqların marağını nəzərə alaraq yeni oyunlar fikirləşmək lazımdır”,

Həkim deyib ki, uşaqla bir dillə, yalnız ana dilində danışmalıyıq: “Ana dilində danışmağa başlayan uşaq başqa dildə şeirə, nağıla qulaq asacaqsa, diziyə tamaşa edəcəksə, nitqində problemlər qaçılmaz olacaq.

Yoxsa indiki uşaqların davranışındakı xoşagəlməz hallarla barışmalıyıq. Günahkar telefon-planşet olsa da reallıq belədir”.

AzNews.az