Azərbaycanda yeni fəaliyyətə başlamışam. Paytaxt Bakını az da olsa tanıyıram. Səfirlikdə çalışanlar üçün regionlarla, oradakı insanlarla tanış olmaq çox vacibdir. Azərbaycanda yeni fəaliyyətə başlamışam. Paytaxt Bakını az da olsa tanıyıram. Səfirlikdə çalışanlar üçün regionlarla, oradakı insanlarla tanış olmaq çox vacibdir.

Həyatımda ilk dəfədir bu cür festivalda iştirak edirəm - Norveçli diplomat

Azərbaycanda yeni fəaliyyətə başlamışam. Paytaxt Bakını az da olsa tanıyıram. Səfirlikdə çalışanlar üçün regionlarla, oradakı insanlarla tanış olmaq çox vacibdir.

Zaqatalada keçirilən beynəlxalq festivalda iştirakla bağlı dəvəti alanda fikirləşdik ki, bu, bizim üçün çox gözəl şans, imkandır. Böyük məmnuniyyətlə dəvəti qəbul etdik və festivala qatıldıq. Bu regionu yaxından tanımaq üçün bundan yaxşı fürsət ola bilərmi?

AzNews.az-ın məlumatına görə, bu sözləri Norveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue Zaqatalada AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Zaqatalada keçirilən I Beynəlxalq fındıq, qoz və şabalıd festivalında iştirak etməkdən məmnun qaldığını bildirən norveçli diplomat tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, Zaqatalanın təbiətinə heyran olduğunu bildirərək deyib: “Həyatımda birinci dəfədir fındıq, qoz və şabalıd festivalında iştirak edirəm. Həqiqətən də çox böyük, maraqlı festivaldır. Burada iştirak etmək mənim üçün bölgəni tanımaq baxımından gözəl bir imkandır”.

AzNews.az