- Köhnə - Cəmiyyət
- 12 Aprel 2013 21:22
- 2 992
Talış seperatçısından etiraf
“Talışlar arasında talış radiosuna düşmən münasibət bəsləyənlər var”
Sankt-Peterburqda nəşr edilən "Tolış" qəzetinin seperatçı baş redaktoru, "Talış-Muğan Respublika"sı Milli Məclisinin sədri olmuş Fəxrəddin Abbaszadə işğal altındakı Şuşa şəhərindən yayımlanan talış radiosunun fəaliyyətinə görə təşəkkür edib. Ondan başqa talış politoloq Rüstəm İsgəndərlinin də radionun fəaliyyətini alqışladığını deyən F.Abbaszadə talışlar arasında radionun fəaliyyətə başlamasına hətta düşmən münasibət bəsləyənlərin də olduğunu etiraf edib: "Etiraf etməliyəm ki, bizim xalqın arasında talış radiosunun Şuşadan yayılmasına müsbət yanaşmayan, hətta düşmən münasibət bəsləyənlər də var. Bu təbiidir. Qəbul etmk lazımdır ki, onlardan bəzisi anlamazlıqdan, bəzisi siyasi hazırlıqsızlıqdan bu radioya qarşı çıxır".
Qeyd edək ki, Azərbaycan və talış dilində proqramların yayımlandığı radio layihənin müəlliflərindən biri Qafqaz İranşünaslıq Mərkəzidir. Radionun əməkdaşları isə həm də İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının əməkdaşlarıdır.
Elnarə
AzNews.az