- Köhnə - Cəmiyyət
- 16 Aprel 2013 10:36
- 3 454
Aşpazlarımızın uğuru
AMKM-in baş texnoloqu Emma Abdullayevanın rəhbərliyi ilə 4 nəfər aşpazla təmsil oluanan komandamız 6 fərdi və 1 komanda sinfində iştirak edib. Rusiya, Qazaxıstan, Dağıstan, Kabardino-Bolkariya və digər ölkələrdən olan komandaların iştirak etdiyi yarışda komandamız 1 kubok, 1 gümüş, 1 bürünc və 2 diplom qazanmaqla, ümümilikdə 4-cü yeri tutmuşlar. Xalça formasında təşkil olunan süfrədə balığın saz, disertin tar və digər xörəklərin muğam sənətimizə aid müxtəlif ornamentlər formasında hazırlanmasına diqqət ayrılmışdır.
Tahir Əmiraslanov onlar üçün ən qiymətli mükafatın komandaya "Eksklyuziv" Kulinariya Sənəti Akademiyasında 1 həftəlik (təhsil haqqı 1000 avro təşkil edən) təhsil almaq hüququ verən sertifikatın təqdiminin olduğunu bildirib.
Qeyd edək ki, yarışda daha çox yerli ərzaqlardan ("Azərsun Holding" və "Tovuz Baltiya" şirkətlərinə məxsus) istifadəyə üstünlük verilmişdir.
Mətanət
AzNews.az