- Köhnə - Cəmiyyət
- 16 Aprel 2013 16:45
- 4 081
Emin Ağalarov öz sirlərini açdı - Müsahibə
“Burada qorxulu heç nə yoxdur, bu, həyatdır”
Emin Ağalarov Amerika yaratmaq planı və Devid Linç barədə danışıb.
Emin Ağalarovun afisha.ru saytına verdiyi müsahibəni təqdim edirik:
- "Krokus Qrup"un fasadında "E və A Ağalarovlar. 2002" yazılıb. Siz Amerikanın fanatısız?
- Əvvəlcə "A" yazılıb. Daha sonra isə atam "E" də asmağı qərarlaşdırdı. Mən bu biznesə gəlməyi birdən-birə qərara almamışam. 18 yaşımda Manhettində mağaza açdım. "Krokus"a qədər artıq mənə bəlli idi ki, bütün bunlar necə işləyəcək
- Siz Manhettinin bu küncündə nə satırdınız?
- Mən ayaqqabı satırdım. Paralel olaraq "Raket", "Polet" kimi saatlar satırdım. Həmçinin fotoaparatlar. Amerikaya 15 yaşımda getmişdim, Nyu-Cersidə adi məktəbdə oxudum. Universitetdə 4 il biznes-menecment üzrə təhsil aldım. Pul qazanmağın müxtəlif vasitələri vardı, həmçinin "eBay". Şeremetyevo aeroportunda 100 dollara 10 saat aldım və onları 300 dollara satdım. Sonra "eBay"da həftədə 1500 hərrac keçirilirdi. Bütün malları anbarda saxlayırdım, şəkillərini özüm çəkirdim. Dövriyyədə 30-40 min dollar vardı. 18 yaşımda özümə maşın aldım. Əlbəttə almazdım, əgər valideynlərim mənə ev və universitet pulumu ödəməsəydilər.
- Siz öz auditoriyanızı necə təsvir edirdiniz?
- Hər şey çox sadədir. Biz özümüzü təsvir edirik. Bizim bütün obyektlərimiz ilk növbədə özümüzə xoş gəlməlidir. Bundan sonra o, başqalarını da xoşuna gələcək.
- 10 il əvvəl "Krokus Siti Moll"da rəqabət az idi. Siz yəqin ki, təsəvvür edirdiniz ki, 5 il keçəcək və mərkəzdə SUM kimi univermaqlar açılacaq.
- Bəli, onlar bunu etməyə davam edirlər. Bizim indi "Krokus"da 180 butikimiz var. Biz "Krokus Siti"də Las-Veqas yaratmaq istəyirik. Metronu artıq tikmişik, indi isə demək olar ki, yeni sputnik-şəhər tikirik. Yarım milyon kvm ərazi, konsert meydançaları, onlarla restoran. Ən böyük ticarət-əyləncə kompleksi, ilk dəfə olaraq Rusiyada "Kidzania" uşaq əyləncə parkı, ölkədə ən böyük kinoteatr, okeanarium, sərgi salonları, mehmanxanalar, yaxt-klublar. Mən hələ planlarımızın hamısını sadalamadım.
- Başqa sözlə desək, bu, Amerikaya səfərə bənzəyəcək.
-Tamamilə doğrudur. Yaxın Amerika olacaq. İnanmıram ki, kiməsə buna baxmaq maraqsız olsun. Vacib deyil ki, insanlar hər ay bura gəlsinlər, onlar ildə bir dəfə gələ bilərlər və bu kifayət edər.
- Təsiredici səslənir. Ancaq axı Moskvada buna bənzər layihə var - "Moskva Siti", amma insanlar hələ də bazar günləri ora getmirlər.
-Bunun çox sadə açıqlaması var. "Moskva-Siti"nin bir konsepsiyası yoxdur. Burada hər bina hər bina müxtəlif hündürlükdədir. Siz orada istirahət etmirsiniz, hansısa pilləkənlərlə aşağı-yuxarı getməli olursuz. Bizim konsepsiyamız fərqlidir. Bu sanki Manhettenə bənzəyəcək. Biz infrostrukturdan başlamışıq.
- SUM-un qarşısında ucuz bar var, həyat qaynayır. Sizdə ətraf dayanacaqdır və insanlar zövqlü paltolarda gəzirlər. Mən düzgün başa düşürəm ki, sizə asiyalı yanaşması yaxındır? Səhrada cəh-cəlal yaratmaq kimi...
- Yox biz bundan yan keçirik. Yaxınlıqda 50 restoran, 450 icarəçisi olan "Vegas" tikirik. İnsanlar çox gələcək və hər dəfəsində də təəccüblənəcəklər.
-Hansı daha bahadır - metro stansiyası tikmək, yoxsa 10 il davamlı olaraq bağı dəstəkləmək?
- Bunların heç biri ucuz deyil, ancaq bizim üçün məsələ pulda deyil. Bağa gəlincə, bizdə peşəkar botaniklər artıq 10-12 ildir ki, çalışır, bitkilər əsl torpaqda bitir. Amma axı təkcə bitkilərə qulluq etmək çətin deyil.
- "Krokus"dakı balaca quşların uçması necə, təsadüfdür, yoxsa siz onlar üçün yuva qurmusuz?
- Yox sırf təsadüfdür. Bir neçə quş içəridə qalmışdı və onlar hələ də orada yaşayırlar. Biz onları bəsləyirik.
- Belə hal olub ki, hansısa quş bir xanımın bahalı kürkünü batırsın?
- Mən eşitməmişəm. Əgər olsa belə düşünürəm ki, burada qorxulu heç nə yoxdur. Bu həyatdır.
- Mən sizin musiqi karyeranız barədə də soruşmaq istərdim. Siz məsələləri həll edirsiniz, torpaq sahələri alırsınız, göydələnlərin inşası barədə fikirləşirsiniz. Sonra evə gedirsiniz, əlinizə gitaranı alıb məhəbbətdən oxuyursuz. Bu necə baş verir?
- Adətən mən evə gedəndə məşqə hazır və həvəsli oluram. Bax məsələn, bu gün mən evə saat 19:00-da gedəcəm, boşalandan sonra isə əynimi dəyişib, cinslərimi, idman ayaqqabılarımı və futbolkamı geyinib mikrofon arxasına keçəcəm və məşqlərə başlayacam.
- Bəs, siz, Devid Linç haqqında nə deyə bilərsiniz? Səhv etmiriksə, o sizin "All i need tonight" mahnısının fanatıdır.
-Bilirsiniz, mənim onunla birbaşa tanışlığım yoxdur. Ona görə də onun haqqında maraqlı nə isə danışa bilməyəcəm. Onu bilirəm ki, o hər il məsləhət biləcəyi ifa və musiqilərdən ibarədən toplum yaradır. Həmin diskdə 20-30 musiqi olur. Və 2 il öncə mənim komandam Linçə həmin mahnını göndərib və bundan sonra biz o mahnını Linçin hazırladığı toplumda gördük. O öz veb-saytında mənim haqqımda yazmışdı. Mahnıdan xoşu gələn Linç məni ən yaxşı ifaçı kimi "Qremmi" mükafatında görmək istədiyi təklifini irəli sürmüşdü.
- O özü?
- Bəli, özü. O məndən məktub vasitəsi ilə icazə almışdı ki, əgər belə bir təklif irəli sürərsə, mən buna razı olarammı? Mən isə cavabımda "Əlbəttə cənab, Linç, mən bu təklifdən ancaq məmnun olaram" cavabını vermişdim.
- Yəqin ki, siz De Niro ilə də yaxından tanışsınız?
- Biz indi onunla birgə ikinci Nobu layihəsini həyata keçiririk. O "Vegas" və "Krokus Citi Moll"un arasında olacaq. Biz axı əvvəlcədən əyləncə-ticarət mərkəzi deyil, böyük kazino yaratmağı planlaşdırmışdıq. Ancaq biz o layihəni həyata keçirməyə başlayanda kazinoda oyun bizneslərinin ləğvi haqqında qanun qüvvəyə minmişdi. İlk dəfə Nobu Dmitrovkada fəaliyyətə başlayıb, ancaq biz layihəni davam etdiririk. Buna görə də biz De Niro ilə "partners end friends"ik. Yəni sona kimi partnyoruq.
Ruscadan çevirdilər:
Elnarə Əlosmanqızı
Aynur Hüseynova
AzNews.az