- Köhnə - Cəmiyyət
- 19 Aprel 2013 08:10
- 3 509
Səhiyyəmizdə kütləvi “təmizləmə” - 6416 nəfər işdən çıxarılıb
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişiklikdən sonra ölkənin səhiyyə sistemində kütləvi “təmizləmə” işi həyata keçirilib
Belə ki, yaş senzi ilə əlaqədar 2012-2013-cü illər ərzində ümumilikdə 6416 səhiyyə işçisi işdən azad olunub. Bu barədə Modern.az saytına Səhiyyə Nazirliyindən məlumat verilib.
Dövlət qulluğunda 65 yaş senzinin tətbiqindən sonra işdən azad edilən 6416 səhiyyə işçisindən 1400-ü həkim, 3573 orta tibb işçisi, 1443 nəfər isə digər kateqoriyalara daxil olan əməkdaşlar.
Ötən il isə paytaxt üzrə yaş senzinə görə, işdən azad edilənlərin sayı 1548 nəfər olub. Onlardan 447-si həkim, 688-i orta tibb işçisi, 413 nəfər isə digər kateqoriyaya aid edilən işçilər olub.
Səhiyyə Nazirliyinin birbaşa tabeliyində olan tibb müəssisələri üzrə isə yaşı 65-i ötmüş 343 nəfər işdən azad edilib. Onlardan 138-i həkim, 72-si orta tibb işçisi, 132 nəfər isə digər kateqoriya üzrə olub.
AzNews.az