- Köhnə - Cəmiyyət
- 22 Aprel 2013 14:51
- 2 697
“Mən öz əqidəmə görə həbs olunmuşam“
Vəkil "Media forum" saytına bildirib ki, Bəxtiyarın əlinin və barmaqlarının üstündə yanıq yerləri var: "Görünür, onu toka veriblər. Amma Bəxtiyar Qurbanov buna görə heç yerə şikayət etmək istəmir. Bildirir ki, mən öz əqidəmə görə həbs olunmuşam və belə işgəncələrə hazıram".
Osman Kazımov dindarın mətbuata da mesaj yolladığını deyib: "Xahiş edir ki, mətbuatda onun və həbs olunan digər dindar Röyal Əsgərovun həbsini Taleh Bağırovla əlaqələndirməsinlər".
Gənc dindarlar Bəxtiyar Qurbanov və Röyal Əsgərov aprelin 2-də həbs olunublar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, aprelin 2-də təxminən saat 5:35 radələrində Bakı Şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb: "Onların əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb. İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq icra hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər".
AzNews.az