- Dünyanın halı
- 17:04
- 1 664
MAQATE: İrandakı nüvə obyektlərinə zərər dəyməyib
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) son peyk görüntülərinə əsaslanaraq bildirib ki, İranda nüvə materiallarının saxlanıldığı obyektlərə heç bir zərər dəyməyib və radioloji sızma riski aşkar edilməyib.
İsfahan nüvə mərkəzi yaxınlığındakı iki binada zədələnmə müşahidə olunsa da, Nətənz obyektinin girişlərində əvvəllər qeydə alınmış zərərdən başqa hər hansı əlavə təsir aşkar edilməyib. Buşəhr Atom Elektrik Stansiyası da daxil olmaqla, digər nüvə obyektlərində heç bir fəsad qeydə alınmayıb.
BAEA-nın Baş direktoru Rafael Qrossi regional nüvə təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayaraq, hər hansı potensial radioloji hadisənin qarşısını almaq üçün tərəfləri maksimum təmkinli olmağa çağırıb.
Mövsüm,
AzNews.az