Təhsil Şöbəsinin rəsmisi: “Uşağın əvvəlcədən ürək problemi olub...” Təhsil Şöbəsinin rəsmisi: “Uşağın əvvəlcədən ürək problemi olub...”

Sumqayıtda dərs zamanı ölən şagirdlə bağlı şok TƏFƏRRÜATLAR

Təhsil Şöbəsinin rəsmisi: “Uşağın əvvəlcədən ürək problemi olub...”



Məlum olduğu kimi, bu gün səhər saatlarında Sumqayıt şəhərində orta məktəbdə şagird dərs zamanı ölüb. Şəhərin 8-ci mikrorayonda yerləşən 17 saylı orta məktəbin XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Azad İlyasov qəflətən dünyasını dəyişib. Ölən şagirdin Gülşən Hüseynovanın rəhbərlik etdiyi "11 B" sinifində təhsil aldığını bildirilib.

Sumqayıt şəhər Təhsil şöbəsinin müdir müavini Vaqif Ələkbərov AzNews.az-a hadisənin təfərrüatını açıqlayıb:

"Mən səhər saatlarında işə gələndə hadisə barədə məlumat verdilər. Dərhal məktəbə getdim. Həm şagirdlərlə, həm də uşağın valideynləri ilə görüşdüm. Anası danışanda eşitdim ki, evdən çıxmazdan əvvəl özünü pis hiss edib. Uşağın əvvəlcədən ürək problemi olub. Bu gün də özünü narahat hiss etdiyindən anası dərman verib. Bir az gözləyib və sonradan özünü yaxşı hiss etdiyi üçün durub dərsə gəlib. Evdən çıxanda anası deyib ki, bəlkə bu gün dərsə getməyəsən? Ancaq o, razılaşmayıb. Məktəbin həyətində fiziki tərbiyə dərsi gedirmiş. Uşaq məktəbin girişində yıxılıb. Fiziki tərbiyə müəllimləri ona müdaxilə ediblər. Görüblər dili də ilişib. Dilini çıxarıblar, ürəyini masaj ediblər... Təqribən 25-30 dəqiqənin içərisində təcili yardım da gəlib. Ancaq uşağı xilas etmək mümkün olmayıb".

V.Ələkbərovun sözlərinə görə, Təhsil Nazirliyindən də nümayəndə gəlib və hadisə ilə maraqlanıb: "Hazırda dəfn mərasimidir və məndə olan məlumata görə, mərasimə məktəb nümayəndələri də qatılıb".

Ruhiyyə
AzNews.az