Fövqəladə Hallar Nazirliyi ötən il respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikasını açıqlayıb Fövqəladə Hallar Nazirliyi ötən il respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikasını açıqlayıb

Zəlzələ bölgəsində 3405 evin tikintisi başa çatdı

Fövqəladə Hallar Nazirliyi ötən il respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikasını açıqlayıb



FHN-dən APA-ya verilən məlumata görə, 15 may 2013-cü il tarixinə qədər zəlzələ bölgəsində 57506 ev və sosial obyektə baxış keçirilib, 6051 ev və sosial obyektə qəzalı, 11 066 ev və sosial obyektə bərpa, 23139 ev və sosial obyektə təmir, 17237 ev və sosial obyektə isə qənaətbəxş rəyi verilib.

Mayın 15-ə qədər Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3405 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb. Tikintisi başa çatdırılan evlərin 2885-i Zaqatalada, 315-i Qax, 205-i isə Balakən rayonundadır. Hazırda 1687 evin tikintisi davam etdirilir.

Sosial obyektlərdən 36 məktəbin, o cümlədən Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. Mayın 15-ə kimi 6720 şagird yerlik 26 məktəb binası, 55 yerlik 1 uşaq bağçası tikilib istifadəyə verilib.

Qeyd edək ki, 7 may 2012-ci ildə episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəyib.

Hadisədən dərhal sonra zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ qərargah yaradılıb, nazirliyin mütəxəssisləri dəymiş ziyanın müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirməyə başlayıblar.

Azərbaycan prezidentinin göstərişlərinə əsasən, Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli sərəncamı ilə zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat, 2012-ci il dövlət büdcəsində dürüstləşmə ilə əlaqədar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 300 milyon manat və Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci il sərəncamı ilə 100 milyon manat olmaqla, cəmi 420 milyon manat vəsait ayrılıb.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliklərin göstərilməsi davam etdirilir.

AzNews.az