O, "mənim xüsusi missiyam var, mənə yuxarıdan əmr verirlər" deyə çığırır O, "mənim xüsusi missiyam var, mənə yuxarıdan əmr verirlər" deyə çığırır

Gülər Əhmədovanın dəli olması gündəmə gəldi

O, "mənim xüsusi missiyam var, mənə yuxarıdan əmr verirlər" deyə çığırır




Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın psixi vəziyyəti yaxşı deyil. G.Əhmədovanın nümayəndəsi Zülfiyyə Bayramova ANS PRESS-ə açıqlamasında, müdafiə etdiyi şəxsin səhhətinin yaxşı olmadığını bildirib:

"Son baş verən hadisələr Gülər xanıma həddindən artıq pis təsir edib. Əsəbləri pozulub. Qıcolmalar, ürək getmələr olur tez-tez. Baş ağrılarından əziyyət çəkir. Həbs olunmamışdan əvvəl psixoloq Dəyanət Rzayevlə görüşdürdüm onları". O, Gülər xanımın psixi vəziyyətinin normal olmadığını bildirib.

Zülfiyyə Bayramovanın bu açıqlaması psixoloq Dəyanət Rzayev də təsdiqləyib: "Məlum hadisələrdən sonra Gülər Əhmədovanın vəkili Zülfiyyə Bayramova mənə müraciət edərək Gülər xanımla görüşməmizi istədi. Biz görüşdükdə vəziyyəti heç də yaxşı deyildi. Təşvişli depressiya deyilən bir halda idi və düşünürəm ki, yaşadıqları hadisələrə görə bu normal idi.

Məsələ burasındadır ki, bir qədər söhbətimizdən sonra onun bu vəziyyətini psixokorreksiya etməyin mümkünsüzlüyünü anladım. Psixoloji deyil, məhz psixi durumunda ciddi problemlər var. Mənim çox ciddi xəstəlikdən şübhələnirdim. Yüksək maniyası var idi. Söhbət edərkən özünü kraliça kimi aparırdı. Dəfələrlə də "Mənim xüsusi missiyam var, mənə yuxarıdan əmr verirlər" kimi ifadələr işlədirdi. Bütün vəzifələri əlindən alınmışdı, Deputat mandatı əlindən alınmasına baxmayaraq hələ də orda qalmışdı bu insan. Onun psixi durumu baş verənləri qəbul eləmək iqtidarında deyildi.

Amma mən psixiatr deyiləm və diaqnoz qoya bilmərəm. Bunun üçün mən ona psixiatra müraciət etməsini məsləhət gördüm. Amma qətiyyətlə müqavimət göstərdi və razılaşmadı. Dedi ki, psixiatrda müalicə alsam dövlət vəzifəsində işləyə bilmərəm. Mənim missiyam var. yuxarıdan mənə əmr edirlər və sairə bu kimi səbəblər göstərərək psixarotla görüşdən imtina etdi. Hətta söhbət əsnasında mənə məlum oldu ki, Gülər xanım bir neçə dəfə Ağabəy Sultanova müraciət edib. Mənim yanımda bir neçə həblərin adlarını çəkdi və mən buna əmin oldum.

Mən ona qulaq asmadım. Ən yaxşı bildiyim psixatr Gəray Gəraybəyli ilə danışdım və görüş təyin etdim. Zülfiyyə Bayramova da məsləhət gördüm ki, mütləq getsinlər. Çünki Elşad Abdullayevin yaydığı o videokadrlara baxdım və həmişə mülayim, təmkinli xanım kimi tanıdığım Gülər xanımı tanıya bilmədim. Onun o videodakı hərəkətləri, danışıq tərzi, işlətdiyi ifadələr, jestlər normal deyildi."

D.Rzayev burada insan faktoru olduğunu qeyd edir: "Əgər məndən bu barədə soruşmaq istəyirsizsə, mən burada bir insan faktoru olduğundan buna laqeyd qalmayaq deyirəm. Yenə də deyirəm, mən psixator olmadığım üçün diaqnoz qoya bilmərəm. Bir xəstəyə psixi xəstə diaqnozu qoymağa zaman lazımdır. Xəstə uzun müddət mütəxəssizlər tərəfindən müşahidə olunmalıdır və müşahidələrin nəticəsi olaraq diaqnoz qoyulmalıdır."

AzNews.az