Bakı Dövlət Universitetində (BDU) tələbələrin dövlət imtahanı və diplom müdafiəsi ilə bağlı yeniliklər edilib Bakı Dövlət Universitetində (BDU) tələbələrin dövlət imtahanı və diplom müdafiəsi ilə bağlı yeniliklər edilib

Bəzi tələbələr imtahandan azad olundular

Bakı Dövlət Universitetində (BDU) tələbələrin dövlət imtahanı və diplom müdafiəsi ilə bağlı yeniliklər edilib



BDU-dan APA-ya verilən xəbərə görə, universitetin rektoru Abel Məhərrəmov bu məsələ ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, orta balı 81 və 81-dən yuxarı olan və təhsil aldığı müddət ərzində yalnız A, B və C qiymətləri almış tələbələr dövlət imtahanından azaddırlar. Onlar yalnız diplom müdafiəsi edəcəklər.

Orta balı 81-dən az olan tələbələr isə dövlət imtahanı verəcəklər və onlar diplom işləri müdafiəsindən azaddırlar. Onlar komissiya qarşısına çıxmayacaqlar. Bu tələbələr sadəcə, diplom işlərini kafedralara təhvil verməlidirlər.

AzNews.az