Jirayr Avanyan: “Şahzadə dedi ki, indiyə qədər yediyi ən dadlı yemək idi” Jirayr Avanyan: “Şahzadə dedi ki, indiyə qədər yediyi ən dadlı yemək idi”

Britaniya şahzadəsi İrəvanda Azərbaycan mətbəxini təriflədi

Jirayr Avanyan: “Şahzadə dedi ki, indiyə qədər yediyi ən dadlı yemək idi”



Ermənistanda səfərdə olan Britaniya şahzadəsi Çarlz Azərbaycan milli mətbəxindən oğurlanaraq erməniləşdirilən yeməklərin təqdim olunduğu "Dolma" restoranında qonaq edilib.

Restoranın sahibi Jirayr Avanyan şahzadənini gələcəyini əvvəlcədən bildiklərindən ona xüsusi menyu hazırladıqlarının bildirib. Ancaq şahzadə ona təqdim edilən menyudan erməniləşdirilən Azərbaycan yeməklərini- dolma və plovu seçməyib. O, İşxan balığı, köbələk və quzunun bel ətindən hazırlanan yeməklərdən dadıb. Bundan başqa ona qırmızı şərab təklif olunub.

Avanyanın sözlərinə görə, şahzadə yeməkləri tərifləyib: "Şahzadə dedi ki, indiyə qədər yediyi ən dadlı yemək idi. O, yüksək tərbiyə görmüş adamdır. Əgər bəyənməsəydi də belə söyləyəcəkdi. Ancaq mən əminəm ki, yeməklərimiz dadlı idi".

Maraqlıdır ki, "Dolma" restoranının tanıtım reklamlarında ən məşhur yeməklər kimi dolma, xaşlama, plov və kababın adı çəkilir. Adları olduğu kimi saxlanılan yeməklər qədim erməni mətbəxi kimi təqdim olunur.

Elnarə
AzNews.az