Vəkillər Kollegiyası mətbuatdan nə xahiş etdi?

Vəkillər Kollegiyası Qurban Məmmədovun həbsi ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.

VK-nin mətbuat xidmətindən AzNews.az-a ddaxil olan açıqlamada Qurban Məmmədovun vəkil kimi təqdim edilməsinə etiraz yer alıb:

"Mətbuatda vəkil Qurban Məmmədov həbs olundu" və s. bu kimi başlıq və məzmunlu yazılar dərc olunub. Qeyd olunan yazılarda Qurban Məmmədov və Namizəd Səfərov adlı şəxlər cəmiyyətə vəkil kimi təqdim olunular.

Bununla bağlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər.

Beləliklə, adı çəkilən şəxslərin Kollegiyanın üzvləri olmadıqları nəzərə alınaraq onlar barəsində mətbuatda məlumatlar verilərkən "vəkil" adından qanunsuz istifadəyə yol verilməməsi KİV-lərdən xahiş olunur".

Elnarə
AzNews.az