- Köhnə - Cəmiyyət
- 6 İyun 2013 09:30
- 1 939
TQDK-dan buraxılış imtahanları ilə bağlı açıqlama

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaq.
Bu imtahanlarda iştirak edəcək şagirdlər buraxılış vərəqələrini internet vasitəsilə çap edə bilirlər.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
9-cu sinif şagirdləri:
1. İmtahana buraxılış vərəqəsini ;
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi olmayan və yaxud şəxsiyyət vəsiqəsində şəkli olmayan cari ilin məzunları üçün arayış - Əlavə 9 (arayışa şagirdin 3 x 4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir).
11-ci sinif şagirdləri:
1. İmtahana buraxılış vərəqəsini;
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi olmayan və yaxud şəxsiyyət vəsiqəsində şəkli olmayan cari ilin məzunları üçün arayış - Əlavə 9 (arayışa şagirdin 3 x 4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir);
Ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb.
İmtahanda 32121 nəfər IX sinif şagirdinin iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 2823 nəzarətçi-müəllim ayrılıb.
Həmçinin iyunun 7-də 23835 nəfər XI sinif şagirdi də buraxılış imtahanı verəcək. İmtahanın (11-ci sinif) idarə edilməsi 1812 nəzarətçi-müəllim ayrılıb.
Hər iki imtahana ümumilikdə 224 imtahan rəhbəri cəlb edilib.
Buraxılış imtahanının qaydalarına görə:
- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilmişdir.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
- Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.
Elnarə
AzNews.az