- Köhnə - Cəmiyyət
- 10 İyun 2013 13:26
- 2 090
Daha bir əsas yol istifadəyə veriləcək - Bakıda
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, qəsəbələrarası yolların tikintisi üzrə həyata keçirilən layihələrindən biri də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 13-cü kilometrindən Qala stansiyası istiqamətinə yeni yolun tikintisidir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in sifarişi ilə yeni salınan yolun uzunluğu 12,5 km, eni isə 21,5 metrdir. Yolun üzərində 11 su ötürücüsü, 3 heyvan keçidi inşa olunub.
Hazırda yolboyu işıq dirəklərinin quraşdırılması,dairələrdə yaşıllıq zolaqlarının salınması, əyrixətli tirlərin vurulması və sair işlər davam etdirilir. Son tamamlanma işlərinin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.
İnşasına 2011-ci ildə başlanılan yolun istifadəyə verilməsi ilə Qala, Şüvəlan və digər qəsəbələrlə paytaxt arasındakı avtomobil yolu xeyli qısalacaq.
AzNews.az