- Köhnə - Cəmiyyət
- 13 İyul 2013 19:27
- 2 037
TQDK-dan abituriyentlərə kömək məqsədilə yenilik

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə komissiyanın internet saytı xüsusi xəritə-göstəricilərlə təchiz olunub. Bundan əlavə, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib. Hər bir abituriyent həmin səhifəyə daxil olaraq imtahan verəcəyi binanı seçməklə onun harada yerləşdiyini müəyyənləşdirə bilər.
AzNews.az