- Köhnə - Cəmiyyət
- 25 İyul 2013 18:32
- 1 603
Şabran rayonuna 2 milyon manat ayrıldı - Sərəncam

Sərəncamda qeyd olunur ki, Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şabran Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
AzNews.az