Magistraturaya əlavə qəbul gələn həftə elan olunacaq

Gələn həftədən etibarən ali məktəblərin magistratura pilləsi üzrə boş qalan plan yerlərinə əlavə qəbul başlayacaq.

APA-nın xəbərinə görə, TQDK-nın rəsmi facebook səhifəsində verilən xəbərdə bildirilir ki, bununla əlaqədar olaraq "Magistr" jurnalının 6-cı sayı növbəti həftənin əvvəlində işıq üzü görəcək. Həmin nəşrdə magistraturaya boş qalmış yerlərə əlavə yerləşdirmə barədə elan, boş yerlərin siyahısı və müsabiqə şərtləri dərc olunacaq.

Magistraturaya əlavə qəbulun başlama və bitmə tarixi barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılıb və 6794 plan yeri ayrılıb. Bu il magistraturalara qəbul olmuş 5765 bakalavrın 85,74 faizi, yəni 4943-ü qeydiyyatdan keçib. Qəbul imtahanlarının nəticələrinə əsasən 1851 plan yeri boş qalıb.

AzNews.az