Azər Sarıyev MSK-dan gedir – ÖZƏL

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev prezident seçkilərindən sonra vəzifəsindən ayrılacaq.

Bu barədə AzNews.az-a daxil olan məlumata görə, A.Sarıyev seçkidən sonra daha yaxşı şərtləri olan başqa bir işə göndəriləcək.

Əldə etdiyimiz məlumata görə, MSK-nın mətbuat xidməti rəhbəri seçkilərdən sonra Azərbaycan Dövlət Teleqraf Agentliyinin ("AzəTac") Türkiyə bürosunun rəhbəri vəzifəsinə təyin olunacaq.

A.Sarıyev özü AzNews.az-a açıqlamasında bu barədə məlumatı təsdiqləməyib. O bu məlumatı seçkilər öncəsi yayılan əsassız xəbərlərdən biri hesab etdiyini bildirib.

Ancaq informasiyanı saytımıza "AzərTAc"da vəzifə təyinatı məsələlərindən kifayət qədər xəbərdar olan mənbə verdiyi üçün məlumatın xeyli dərəcədə əsaslı olduğuna əminik. Daxil olan məlumatda həm də o da qeyd edilir ki, A.Sarıyevin yeni işinin maliyyə və digər şərtləri də indiki işindən bir neçə dəfə yaxşıdır.

Xatırladaq ki, Azərbaycan Dövlət Teleqraf Agentliyinin ("AzərTAc") Türkiyə üzrə xüsusi müxbiri Oqtay Bayramov bir müddət öncə İTV-yə sədr müavini təyin edilib.

Azər
AzNews.az