Nicat Dağlar Bakıya qayıdır

Leykoz xəstəliyinə tutulmuş jurnalist Nicat Dağlar bu həftənin sonunda Almaniyadan Azərbaycana qayıdacaq. Məlumatı "Media forum" saytına jurnalistin qayını Məqsəd Rəhimov verib.

Məqsəd Rəhimov bildirib ki, sonuncu analizi iyulun 31-də götürüblər: "Leykositlərin sayında enmə müşahidə olunur. Həkimlər əvvəlki dərmanlara yenə əlavələr edib. Azərbaycanda onları qəbul edəcək. Oktyabr ayının ortalarında növbəti dəfə Almaniyaya qayıtmalıyıq. Müalicə davam olunacaq.

Nicatın səhhəti, əhval-ruhiyyəsi yaxşıdır. İşləmək həvəsi yaranıb. Qayıdandan sonra jurnalist fəaliyyətini bərpa etmək istəyir".

AzNews.az