- Köhnə - Cəmiyyət
- 6 Avqust 2013 07:13
- 3 058
Avtobus kartları nə vaxt satışa çıxarılacaq?

Bununla bağlı Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov milli.az-a açıqlamasında bildirib ki, avtobuslarda kart sisteminə sentyabr ayında başlanacaq. Şöbə müdirinin sözlərinə görə, bu sistem ilkin mərhələdə Bakı şəhəri ərazisində hərəkət edən 1 000 sərnişin avtobusuna tətbiq olunacaq.
N.Həsənov əhali üçün istifadəyə ən azı 1 milyon ədəd kart buraxılacağını bildirsə də, hələlik onların satışda olmadığını vurğulayıb.
AzNews.az