Seçkilərin vaxtı niyə dəyişdirildi? - Açıqlama

ANS TV-nin "Baş Xəbər" proqramında Azərbaycanda prezident seçkilərinə hazırlıq prosesi müzakirə olunub.

Proqramın qonağı olan MSK-nın sədr müavini Natiq Məmmədov prezident seçkilərinin vaxtının dəyişdirilməsi barədə məlumat verib.

Sədr müavini bildirib ki, qanunvericiliyə görə, seçkilərin vaxtı istirahət gününə və ya bayram günlərinə düşürsə, vaxtın dəyişdirilməsi ilə bağlı MSK qərar qəbul etməlidir:

"Bu zaman əsas amil kimi, seçki gününün başqa günə keçirilməsinin mümkünlüyü nəzərdə tutulub. Yəni, ayın 1-dən sonuna qədər istənilən gün seçki günü elan edilə bilər"./anspress/

Söhbətin davamını bu videodan izləyə bilərsiniz:



AzNews.az