Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Braziliya, Çili, Kolumbiya, Kuba, Mərakeş, Argentina və Uruqvayın xarici işlər nazirləri ilə görüşlər keçirib.

XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşlər nazirin BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq" mövzusunda keçirilmiş açıq müzakirələrdə iştirakı çərçivəsində baş tutub.

Görüşlər zamanı ölkələr arasında ikitərəfli münasibətlin inkişafı perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün dəvətlər mübadiləsi edilib.

AzNews.az