Nicat Dağlar Bakıda FOTOLAR

Jurnalist Nicat Dağlar müalicə olunduğu Almaniyadan Azərbaycana qayıdıb.

Bu barədə "musavat.com"a onun dostu Elşad Məmmədli məlumat verib. O bildirib ki, N.Dağların əhvalı yaxşıdır: "O, oktyabra qədər burada müalicəsini davam etdirəcək, sonradan əməliyyat üçün Almaniyaya gedəcək".

Xatırladaq ki, leykoz xəstəliyindən əziyyət çəkən jurnalistin səhhəti bir müddət əvvəl pisləşmişdi. Jurnalistlərin və ictimai təşkilatların prezidentə müraciətindən sonra onun müalicəsini dövlət öz üzərinə götürmüş və jurnalisti Almaniyaya göndərmişdi.


AzNews.az
image description image description