Gülər Əhmədova hücuma keçdi- EKSKLÜZİV

Sabiq millət vəkili apellyasiya şikayəti verdi

Sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs-qətimkan tədbirinin 3 ay müddətinə uzadılması ilə bağlı apellyasiya şikayəti verilib. AzNews.az-a daxil olan məlumata görə, apellyasiya şikayəti bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayətə yaxın 3 gün ərzində baxılması gözlənilir.

Məlumatı G.Əhmədovanın vəkili Raqif Mustafayev də təsdiqləyib.

Qeyd edək ki, G.Əhmədova fevralın 13-də həbs edilib. Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçilməsinə köməklik etmək barəsində yalan vədlərlə aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Elnarə
AzNews.az