“Ayrı-seçkilik etməməyə çalışmışıq”- Elbrus Ərud

"Qafqazinfo" 3 yaşını qeyd edir

Bu gün "Qafqazinfo" xəbər portalının 3 yaşı tamam olur. 2010-cu il avqustun 16-da təsis edilən "Qafqazinfo" ötən müddət ərzində ölkənin populyar xəbər saytlarından biri kimi fəaliyyət göstərib.

Saytın baş redaktoru Elbrus Ərud AzNews.az-a açıqlamasında saytın bundan sonra da öz ənənəsinə sadiq qalacağını bildirib: "3 illik fəaliyyətimiz dövründə ölkədə baş verən bütün hadisələri, ictimai-siyasi prosesləri heç bir ayrı-seçkilik etmədən işıqlandırmağa çalışmışıq. Hazırda gündəlik olaraq sayta 70-80 min civarında giriş olur. "Qafqazinfo" ölkədəki bütün ictimai-siyasi, hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir".
E.Ərudun sözlərinə görə, bır sıra xəbər portallarından fərqli olaraq "Qafqazinfo" gələcək üçün müxtəlif layihələr nəzərdə tutmur: "Bizim ən böyük və tək layihəmiz xəbərdir. Xəbər varsa, biz işləyirik. İstəyimiz də odur ki, xəbər olsun. İnanıram ki, "Qafqazinfo" bundan sonra hələ uzun illər var olacaq və oxucularına xəbər çatdırmaqda öndə olacaq".


Ruhiyyə
AzNews.az