Təhsil nazirinin müavini TQDK ilə münasibətlərdən danışdı - Video

Bu il bir sıra yeni dərsliklərin nəşri həmçinin bəzi dərsliklərdəki yalnışlıqların redaktəsi nəzərdə tutulub.

Bu barədə "Xəzərxəbər"ə açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramov əlavə çap zamanı bəzi kitablarda tutulan iradlara uyğun olaraq redaktələrin edilyini bildirib. Lakin ciddi dəyişikliklər tam tirajlı çap zamanı mümkün olacaq. Ceyhun Bayramov: "Bu 6-ci siniflərdə dərsliklər dəyişəcək kurikulumla bağlı. Həmçinin TQDK-nin monitorinqi zamanı tutulmuş iradlara uyğun əlavə çap zamanı kiçik redaktələr edilib".

Dərsliklərlə bağlı digər bir yenilik isə kitabların bir neçə il öncədən nəşr edilərək əvvəlcə pilot məktəblərdə sınaqdan keçirilməsi ilə bağlıdır.

Ceyhun Bayramov: "Pilot məktəbdə tədris zamanı ortaya çıxan nöqsanlar tam redaktə olunub sonra bütün ölkə üzrə tətbiq ediləcək. Həm də müəlliflik hüququ tam təhsil nazirliyinin üzərinə keçir bu bizə bir sıra imkanlar verəcək".

Həmçinin gələcəkdə dərsliklərlə yaranan fikir ayrılıqlarını aradan qaldırmaq üçün Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası ilə birlikdə portal da yaradacaq.

Məktəbli formalarının qiyməti ilə bağlı məsələyə də münasibət bildirən nazir müavini qiymətlərin istehsalçı tərəfindən müəyyənləşdirildiyini deyib.

Ceyhun Bayramov: Biz tövsiyə edirik ki, qiymətlər münasib olsun. Apardığımız müşahidələr göstərir ki, bazar qiyməti ibtidai sinif üçün 20-25, böyük siniflər üçün 40-45 manatdır. Məktəbin nizamnaməsinə uyğun olaraq vahid formalar bütün məktəblərdə tətbiq edilməlidir.

Ceyhun Bayramov əlavə edib ki, məktəblərin daxili nizamnamələrinə uyğun olaraq təsdiqlənmiş vahid formalar arasından məktəb-müəllim assosasiyası tərəfindən müəyyənləşdirilməlidir. Və bu zaman kənar müdaxilə yol verilməzdir.