“Hər qrupdan 25 tələbəyə Prezident təqaüdü veriləcək”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2013/2014-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərə Prezident təqaüdünün veriləcəyindən danışıb.

M.Abbaszadə deyib ki, bu dəfə də hər qrup üzrə maksimal bal toplayan 25 nəfər Prezident təqaüdünə layiq görüləcək. Onun sözlərinə görə, ilkin araşdırmalar nəticəsində hər qrupda maksimal bal toplayan 25 nəfərin adı da artıq müəyyənləşib.
I qrupda Prezident təqaüdünə düşən 25-ci abituriyent 679, II qrupda 665, III qrupda 686, IV qrupda 680 bal toplayıb.

Ali məktəblərə yüksək balla daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam sentyabrda – yeni dərs ili başlayanda imzalanacaq. Həmin tələbələrin hər birinə 150 manat məbləğində Prezident təqaüdü ayrılacaq. (modern.az)


AzNews.az