Məleykə Abbaszadə sakinlərlə görüşəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə sentyabrın 2-də Şirvanda, sentyabrın 3-də isə Ağcabədidə vətəndaşları qəbul edəcək.


Şirvanda keçiriləcək qəbulda Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Salyan və Neftçala rayon sakinləri iştirak edə bilərlər. Ağcabədidə keçiriləcək qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Tərtər, Bərdə, Zərdab və İmişli rayon sakinləri iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

AzNews.az