Bakı Şəhər Təhsil İdarəsindən şok ittiham: “TQDK işimizi pozur”

"Qəbul imtahanları son dərəcə ağırdır və mən bunu sübut etməyə hazıram".

Bunu təhsil işçilərinin sentyabr konfransında çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov bildirib. Onun sözlərinə görə, onlar heç bir qurumun fəaliyyəti ilə bağlı təhlil aparmaq istəmirlər: "Amma əgər bu, bizim işimizi pozursa, bunu deməliyik. Qəbul imtahanlarının ağırlığı şagirdləri məktəblərdən uzaqlaşdırır, müəllimləri isə repititora çevirir. Yuxarı sinifdə oxuyan şagirdlər hər şeydən təcrid olunur. Harmonik inkişafları pozulur. Xeyli uşaqların adı kənd məktəblərində yazılır. Amma onlar Bakıda köhnə sinif yoldaşları ilə görüşə-görüşə məktəbə getmirlər.

İki il əvvəl Bərdə rayon Təhsil Şöbəsinin müdiri özü etiraf etmişdi ki, həmin rayona Bakıdan gələn uşaqların üzünü görmürlər. Amma buraxılış imtahanları günü Bakıdan gələn maşınlar rayonda tıxac yaradır. Bütün bunlar idarənin tabeçiliyindəki məktəblərin göstəricilərini aşağı salır".


Elnarə