Xarici işlər nazirinin müavini İrəvana gedir

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu həftə İrəvana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, səfərdə məqsəd sentyabrın 12-13-də İrəvanda keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak etməkdir.

Toplantıda Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İskəndərov da iştirak edəcək. İclas "Şərq Tərəfdaşlığı" Proqramının noyabrda Vilnüsdə keçiriləcək sammitinə son hazırlıq yığıncağı olacaq.

AzNews.az